YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyanın sənaye və ticarət naziri Bakıya rəsmi səfərə gələcək

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek martın 3-də Bakıya rəsmi səfərə gələcək.
Çexiya Respublikasının ölkəmizdəki səfirliyindən bildiriblər ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə və hökumətin digər üzvləri ilə keçiriləcək görüşlərdə son illər uğurla inkişaf edən iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə ediləcək.
2014-cü ildə Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi 1,5 milyard avroya çatıb ki, bu rəqəm 2013-cü illə müqayisədə 23 faiz çoxdur. Çexiya Azərbaycandan əsasən neft alır, ölkəmizə isə sənaye avadanlığı və istehlak malları satır.
Çexiya bankları son 10 ildə Azərbaycana 1,5 milyard dollar məbləğində kredit ayırıb.
Y.Mladekin rəsmi səfəri çərçivəsində 32 çex şirkəti və bankının iştirakı ilə biznes forum keçiriləcək. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək. Biznes-forumun qarşı tərəfdən təşkilatçısı isə Çexiyanın MDB üzrə İqtisadi Əlaqələr Palatasıdır.