YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin mənzil qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Mitinq daha sonra BMT-nin mənzil qərargahı önündə davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiyaçılar “Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir”, “Xocalıya ədalət!”, “Azərbaycan Xocalı faciəsinin qurbanlarını unutmayacaq”, “Soyqırımını unutma!” kimi şüarlar səsləndiriblər.
Aksiyanın təşkilatçıları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələb ediblər.