YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların mübarizə apardıqları müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb. Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri tutub.

Bundan başqa, polkovnik-leytenant Namiq Əhmədov “Ən yaxşı məşqçi”, gizir Elşad Orucovun rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olublar.

Qalib komandalara mükafatlar təqdim edilib.

Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan olunub.