YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haaqakı “Səfirliklər festivalı”nın ziyarətçiləri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar

Sentyabrın 3-də Niderland ictimaiyyətinin nümayəndələrinin Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət etmək və ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq imkanları olacaq.

Sentyabrın 3-4-də Niderland Krallığında “Səfirliklər festivalı” keçiriləcək. Azərbaycanın bu ölkədəki səfirliyi də festivala qatılaraq niderlandlılara ölkəmizin yaxından tanımaq imkanı yaradacaq.

Sentyabrın 3-də Azərbaycan səfirliyinin qapıları yerli sakinlərə açıq olacaq. Səfirliyin binasını ziyarət edən niderlandlılara ölkəmizin tarixi, mədəniyyəti barədə ətraflı məlumat veriləcək. Onlar ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri, eləcə də yeni tarixi haqqında dolğun biliklər əldə edəcəklər.

Sentyabrın 4-də müxtəlif səfirliklər tərəfindən təşkil olunacaq stendlərin ziyarətçiləri ölkəmizin tarixi, mədəniyyəti, eləcə də mətbəxi ilə tanış olmaq imkanı qazanacaqlar. Ziyarətçilərə ölkəmiz haqqında məlumatlandırıcı broşürlər təqdim olunacaq.