YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlcəzair portalı Prezident İlham Əliyev Şuşaya səfərinə dair materiallar yayıb

Əlcəzairin “Əl Hərir” portalında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri haqqında materiallar yayımlanıb.

AZƏRTAC-a istinadla yayımlanan materiallarda dövlətimizin başçısının və birinci xanımın işğaldan azad edilmiş Şuşa şəhərində “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və onun muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışında, həmçinin Şuşada xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa və Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması, şəhərin baş planının təqdimatı haqqında xəbərlər yer alıb.

Ərəb dilində yayımlanan xəbərlərə bütün tədbirlərdən çəkilmiş fotoşəkillər əlavə edilib.