YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl Axundov: Ermənilər işğal etdikləri torpaqlarımızın talan olunmasında azərbaycanlı girovların əməyindən istifadə ediblər

Erməni silahlı qüvvələri 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində və digər ətraf rayonlarda vandalizm əməlləri törədib, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr dağıdılıb. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilib.

Bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən konfransda deyib.

Əsir və itkin düşmüş və girov götürülmqş azərbaycanlıların statistikasını barədə danışan Dövlət Komissiyasının katibi dörd minə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyatda olduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirir.

 

DİGƏR Xəbərlər Arxiv