YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Ermənistan təxribatlar törətməklə münaqişənin həlli prosesində irəliləyişlərin əldə olunmasına imkan vermir

«Atəşkəs rejiminin pozulmasının mütəmadi xarakter alması erməni tərəfinin təxribatıdır». Bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, işğalçı Ermənistan bu təxribatlarla münaqişənin həlli prosesində irəliləyişlərin əldə olunmasına imkan vermir. Onun sözlərinə görə, atəşkəsin pozulması ilə qarşı tərəf cəbhə bölgəsində  yaşayan insanları gərgin vəziyyətdə saxlayır.

«Ermənilərin bu təxribatla Azərbaycanı beynəlxalq aləmə qeyri-stabil ölkə kimi təqdim etmək niyyəti var. Erməni mətbuatı dəfələrlə bu kimi məsələlərdən narahatlıqlarını bildirərək yazırlar ki, onlar özləri qəsdən atəşkəs rejimini pozurlar ki, qarşı tərəf atəş açsın. Məqsəd Ermənistanın işğalçılıq siyasətindən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır. Onların bu cəhdlərinə baxmayaraq işğal faktına haqq qazandırmaq heç bir halda mümkün deyil»- deyə, Z.Oruc qeyd edib.