YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak edib

Moskvada səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və onlara uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərlərimizi əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.

Xatırladaq ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edirlər.