YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılışında iştirak edəcək

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edirlər.