YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün iqtidara böhtan atanlar unudurlar ki...

Milli Məclisin deputatı Kamilə Əliyeva

Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfərlərini tarixi bir səfər kimi dəyərləndirmək lazımdır.

Ölkə başçısı bu rayonlarda aparılan quruculuq işlərinin necə getdiyinə şəxsən özü nəzarət edir və gələcəkdə görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi. İşğaldan azad edilmiş  Kəlbəcər və Laçın rayonlarında qısa müddət ərzində çox böyük işlər görülmüşdür. Bu bir daha göstərir ki, Azərbaycan iqtisadi cəhətdən güclü bir dövlətdir.

"CNN Türk" kanalına müsahibəsində Ermənistan və onun havadanlarına açıq mesajlar verən Prezident İlham Əliyev iki gün sonra Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Azərbaycanın mövqeyini yenidən bəyan etdi, Ermənistanın faşizm və işğalçı siyasətinin, onları müdafiə edən dövlətlərin planlarının  iflasa uğradığını açıq şəkildə vurğuladı.

Bir vaxtlar ermənilər Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla birləşdirən avtomobil yolu tikmişdilər. Məqsədləri bu ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirmək olmuşdur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün bu işlərdən xəbəri olsa da heç bir qanuni tədbir görməmişdir. Bu da ATƏT-in Minsk qrupunun bu illər ərzində ancaq Ermənistanın xeyrinə fəaliyyət göstərmələrini sübut edir.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə böyük quruculuq və bərpa işləri görülür. Kəlbəcər - Laçın yolunun inşası başlamışdır ki, bu da bölgə üçün böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı bu yolun üzərində tikiləcək yeni tunelin təməlini qoydu. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bölgənin inkişafına və turizm potensialının artırılmasına böyük təkan verəcək. Bu hava limanının tikilməsi üçün elə bir əlverişli yer seçilmişdir ki, buradan Laçın şəhərinə, Kəlbəcərə və Şuşaya qısa müddətdə avtomobillə getmək mümkün olacaq. Eyni zamanda mədəniyyət paytaxtımız olan Şuşaya təyyarə ilə getmək üçün həm Laçın,  həm də Füzuli hava limanlarından istifadə etmək mümkün olacaq. Laçın hava limanının bir özəlliyi də ondan ibarətdir ki, bütün növ təyyarələrin, o cümlədən ən ağır yük təyyarələrinin də bu hava limanına enməsi mümkün olacaq. Bu da Qarabağın, Şərqi Zəngəzurun yenidənqurma, bərpa işlərinə, eləcə də əhalimizin öz yurd yerlərinə rahat dönmələrinə imkan verəcək.

Səfər çərçivəsində prezident cənab İlham Əliyev və Mehriban xanım Kəlbəcərin əfsanəvi İstisuyuna da baş çəkdilər və buradakı sanatoriyaların vəziyyəti ilə tanış oldular. İstisuyun əvvəlki şöhrətini özünə qaytarmaq üçün burada çox böyük quruculuq işləri aparılır. Kəlbəcər rayonu elə bir ərazidə yerləşir ki, buranı dünyanın ən cənnət yerlərindən biri saymaq olar.

Bü gün iqtidara böhtan atanlar, yersiz iradlar bildirən özlərini "siyasətçi" adlandıran radikal müxalifətçilər unudurlar ki, hakimiyyətdə olduqları dövrdə Şuşanı, Kəlbəcəri, Laçını ermənilərə onlar təslim etmişdirər.  Məhz AXC- Musavat cütlüyünün satqınlığı, səriştəsizliyi nəticəsində torpaqlarımız işğala məruz qalmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ordumuz və xalqımızın birliyi torpaqlarımızı işğaldan azad etdi. Cənab İlham Əliyev xalqımızın qürurunu özünə qaytardı. Ölkə başçımız çıxışı zamanı hər birimizə örnək ola biləcək bir məsələyə də toxundu. Ermənilər zaman zaman bizə məxsus yer və topağ adlarını dəyişərək özlərinə məxsus adlarla adlandırıblar. Bəzi KİV-lərdə də qədim torpaq və yurd yerlərimiz ermənilərin qoyduqları adlarla səsləndirilir. Hər birimizə aydındır ki, bu torpaqlar Ermənistan ərazisində olmasına baxmayaraq, bu ərazilər azərbaycanlılara məxsus olub. Yazılacaq tarix kitablarında, bədii əsərlərdə bu adlar əvvəlki öz adları ilə yazılmalıdır ki, gələcək nəsillər bilsinlər ki,  bu gün Ermənistan ərazisində olan bütün torpaqlar bizim əzəli yurd yerlərimiz olub.