Xəbərlər
“Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edəcək komandamız Qazaxıstana gedib

Topçularımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.
Artilleriyaçılarımız müsabiqəyə 22 nəfərlik heyətlə qatılacaq.