YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşını təltif edib

Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının bir qrupunun ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının sərəncamlarına əsasən, iki nəfərə general-leytenant, iki nəfərə isə general-mayor ali xüsusi rütbələri verilib.

Həmçinin Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupu təltif edilib. Sərəncama əsasən, 5 nəfər “Azərbaycan Bayrağı”, 1 nəfər 3-cü dərəcəli “Rəşadət”, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Həmçinin 25 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 45 nəfər “Hərbi xidmətlərə görə”, 12 nəfər “Cəbrayılın azad olunmasına görə”, 18 nəfər isə “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.