YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması bölgə üçün mühüm əhəmiyyət kəsb edir

Yeni yol infrastrukturunun qurulması, Beynəlxalq Hava Limanının təməlinin qoyulması  Ölkəmizdə turizmi yeni istiqamət üzrə inkişaf etdirəcək

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Avqustun 16-da Prezident cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın  Kəlbəcər və Laçın rayonlarına səfərləri Ölkəmiz, xüsusən də bu bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin, eləcə də Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Ölkə rəhbəri həmşinin Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işləri ilə tanış olub.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın əleyhinə olan bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Azərbaycan özünün müasir tarixində yeni səhifə açıb,bununla da işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük vüsət alıb. Hazıda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması ilə bağlı gərgin iş aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz önündədir. Artıq bütün dünya görür ki, ermənilər dağıdıcı, azərbaycanlılar isə qurucu və yaradıcı xalqdır. Öz ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın ən qısa zamanda geri qayıtmaları üçün Azərbaycan iqtidarı tərəfindən sistemli işlər həyata keçirilir.

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Kəlbəcər və Laçın rayonlarına səfərləri hər iki rayonun ərazisində paralel olaraq infrastruktur layihələrinin həyata keçirildiyini göstərdi. 30 ildir ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız olmadı, həm də tarixi-dini abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz oldu. İllərdir Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub. Yeni yolların çəkilişi, hava limanının tikintisi bu əsrarəngiz gözəlliyə malik bölgənin inkişafında, turizm sektorunun inkişafında müstəsna rol oynayacaqdır. Bölgədə yay-qış turizmi ilə yanaşı, “dark turizm”də inkişaf etdirilə bilər ki, bu istiqamətdə artıq bir çox işlər görülməkdədir. Digər işğal olunmuş ərazilərimiz kimi bu bölgələrimizdə də tarixi, dini və mədəni abidələrimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu istiqamətdə həm daxili turizmi, həm də beynəlxalq turizm inkişaf etdirilməlidir. Öz vətəndaşlarımız keçmişdə olanları unutmamaq üçün bu ərazilərə turist kimi aparıldığı halda, xarici vətəndaşlar erməni faşistlərinin XX əsrin sonu, XXI əsrin əvvəllərində hansı vəhşilikləri törətdiklərini öz gözləri ilə görsünlər.Titanik layihələr, görülən işlər göstərilən proyektlərin qısa zamanda ugurla başa çatacagını təsdiq edir.

 

DİGƏR Xəbərlər Arxiv