YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Fərzəliyev: Azərbaycan-Türkiyə münasibətləri dost-qardaş nümunəsidir

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri dost-qardaş nümunəsidir. Ümumiyyətlə, hər iki ölkə ən çətin anlarda belə bir-birinin yanında yer almaqla bütün problemlərin öhdəsindən gəlməyi bacarır. 2020-ci il Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin bizim qələbəmizdə əhəmiyyətli yer vardır. "CNN-Türk" televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı".

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan regionun inkişafı üçün yeni bir mərhələ başladıb. Təbii ki, bu yeni mərhələdə yer almaq hər bir dövlətə yalnız dividend və gəlir qazandıracaq. Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazı dünyanın ən əhəmiyyətli və strateji nöqtələrindən birinə çevirməyi hədəfləyir ki, artıq bununla da regionda həyata keçiriləcək bütün iqtisadi-kommunikasiya layihələrinin də təhlükəsizliyinə təminat verilmiş oldu: "Cənab Prezidentimiz bildirdi ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Qeyd edilməlidir ki, son günlərdə Türkiyədə baş verən yanğınların söndürülməsində Azərbaycanın fəal iştirakı da bu deyilənləri bir daha təsdiqləyir. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən göndərən Azərbaycan xalqı qardaş ölkənin faciəsini öz faciəsi kimi qəbul etdi. Bu bir daha onu göstərir ki, qardaşlığımızın təməlində təmənnasız sevgi və diqqət dayanır".