YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-nin sədr müavini Brüssel şəhərində rəsmi səfərdədir

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Avropa Xalqlar Partiyasının Gənclər Təşkilatının illik Şura iclasında iştirak etmək üçün  Belçikanın paytaxtı Brüssel şəhərində rəsmi səfərdədir.

İllik Şura iclasında iqtisadi, siyasi və beynəlxalq əlaqələr sahəsində mövzular, insan hüquqları, təhsil, gənclər siyasəti haqqında, eləcə də Avropa Xalqlar Partiyasının Gənclər Təşkilatına üzv olan təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, növbəti  il üçün həyata keçiriləcək layihə və tədbirlər müzakirə ediləcəkdir. Sözü gedən iclasda Belçika hökumətinin nümayəndələrinin, eləcə də Avropada fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəkləri gözlənilir.

DİGƏR Partiya xəbərləri Arxiv