YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib

Avqustun 10-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib.

Təlimdə çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova ilk olaraq Milli Debat Proqramı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Milli Debat Proqramı vasitəsilə iştirakçıların nitq mədəniyyətini inkişaf etdirmək, arqumentləşdirmə, əsaslandırma, araşdırma bacarıqlarını təkmilləşdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə fəallığının artırılması nəzərdə tutulub. Qeyd edib ki, təlim layihə iştirakçılarının bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcək. Onun sözlərinə görə, proqram çərçivəsində 4 təlim keçiriləcək.

Ü.Axundova bu təlimlərdə iştirakçıların da fəal olmalarının vacibliyini diqqətə çatdırıb. Təlim dövründə iştirakçılara veriləcək 20 modul əsasında onlar keyslərini yaradacaq və təqdimat mərasimində münsiflər qarşısında öz çıxışlarını düzgün şəkildə qurmağa çalışacaqlar.

Təlim iştirakçıların layihənin modulları ətrafında çıxışları ilə davam edib.