YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir

Yardımımıza gələn hər kəsə öz adımdan və millətim adından təşəkkür edirəm. Onların arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir. Azərbaycan bir yanğınsöndürmə helikopteri və çox sayda canlı qüvvəsi ilə yanğınla mücadilə edir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” və ATV telekanallarına verdiyi müsahibədə ifadə edib.

Prezident İlham Əliyevin köməyə daha bir təyyarə göndərəcəyi barədə ictimaiyyəti məlumatlandıran dövlət başçısı əminliklə vurğulayıb ki, bununla yanğınla mücadilə işləri tamam fərqli bir mərhələyə gəlmiş olacaq. Hazırda ölkədə 20 təyyarə və 51 helikopter fəaliyyətdədir.

DİGƏR Xəbərlər Arxiv