YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub

44 günlük Vətən Müharibəsində şəhid olmuş leytenan Cavadov Namiq Rəhbər oğlunun yaşadığı binada barelyefinin açılışı olub.

Açılış mərasimində şəhidin anası Svetlana Cavadova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətindən Rauf Mehtiyev, şəhidin yaxınları, dostları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar. Qeyd edilib ki, o, 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Namiq Cavadov oktyabrın 25-də Laçın döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

Sonra barelyefin açılışı olub, önünə gül dəstələri düzülüb.

Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.