Xəbərlər
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
O deyib ki, Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Müşavirədə ölkənin sosial-iqtisadi inkişafı, Əfqanıstanda, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.