YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Milli Assambleyasının sədri: Azərbaycan Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı. Azərbaycan xalqını Zəfər münasibətilə təbrik edirəm. Şadam ki, Azərbaycanı xalqının Qələbəsi Pakistanda da qeyd olundu.

Bu fikirləri Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin iyulun 27-də keçirilən birgə iclasında söyləyib.

Pakistan parlamentinin sədri diqqətə çatdırıb ki, bu Qələbə şəhidlərin qanı bahasına əldə edilib. Allahdan şəhidlərə rəhmət və qazilərə şəfa diləyən Əsəd Qeysər deyib: “Kəşmir məsələsində bizə dəstək göstərdiklərinə görə Azərbaycan və Türkiyə hökumətlərinə təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, ticarət əlaqələrinin inkişafı da çox əhəmiyyətlidir və iqtisadiyyatın inkişafı üçün geniş imkanlar açacaq”.

O bildirib ki, ölkələrimiz koronavirusla mübarizədə səylərini birləşdirməlidir. Zəngin təbii ehtiyatlarımızdan istifadə, mədəni əlaqələrin inkişafı müzakirə mövzusudur. Pakistanda Azərbaycan mədəniyyət mərkəzinin yaradılmasını istərdik.