YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir

Azərbaycan, Türkiyə və Pakistan xalqları tarix boyu yaxın və dost münasibətdə olublar. Xalqlarımız sevincli və kədərli günlərdə bir yerdə olmaqla bərabər, bir-birinə dəstək də göstəriblər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər qazandı. Türkiyə və Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədilər. Yan-yana dalğalanan bayraqlarımız dostluğumuzu dünyaya bir daha nümayiş etdirdi.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin iyulun 27-də Milli Məclisdə keçirilən birgə iclasında ifadə edib.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran TBMM-in sədri deyib: “Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdi. Bu görüşdə imzalanan Bakı Bəyannaməsi ölkələrimizin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir”.

Mustafa Şentop bildirib ki, Azərbaycan qalib dövlət olaraq 44 günlük Vətən müharibəsindən sonra sülh sazişinin imzalanmasını təklif edib. Müharibəni uduzan Ermənistan sülh sazişi bağlamalıdır. İnanırıq ki, yenidən seçkilərdə qalib gələn və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan düzgün qərar verəcəkdir.