YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib.  

Konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri Jalə Hüseynova dövlət gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. O, hesabat dövrü ərzində təşkilatın gördüyü işlərlə bağlı geniş məlumat verib. 

Konfransda  ”Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək vurğulayıblar ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda intellektual potensialın yaradılması Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. Çıxış edənlər YAP sıralarında birləşən gənclərin yüksək intellektə sahib olduğunu vurğulayaraq gənclərə yüksək təhsil, bilik əldə etməklə daim dövlətin inkişafına töhfələr verməyi tövsiyə ediblər.

Sonda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının Gənclər Birliyinin 15 nəfərlik şurası, 7 nəfərlik idarə heyəti müəyyənləşib. Namiq Cəfərov YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.