YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, indi bu hadisənin səbəbkarlarını cəzalandırmaq və bu qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi işlər görürük

«Azərbaycanın üzləşdiyi təcavüz aktı, xalqımıza qarşı törədilən cinayətlər, etnik təmizləmə və milli mədəni abidələrimizin, tarixi abidələrimizin dağıdılması istiqamətində beynəlxalq erməniliyin və erməni maraqlarına xidmət edən dairələrin dəstəyi ilə törədilən vandalizm aktlarım dünya ictimaiyyətinə çatdırılmaqdadır». Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

B. Muradova bildirib ki, əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, indi bu hadisənin səbəbkarlarını cəzalandırmaq və bu qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi işlər görürük və bu da öz müsbət nəticələrini verir. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur.

«Bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmişəm. Orada bu məsələni qaldırdıq. Ermənilər yenə də bu məsələdə bizi günahkar çıxarmaq istəyirdi. Orada ermənilər deyirlər ki, əslində bu hadisənin günahkarları sabiq prezident Ayaz Mütəllibov və AXC olub. Ona görə ki, fevralın 25-dən 26-na keçən gecə əhalinin şəhəri tərk etməsi üçün dəhliz açılmışdı. Bundan istifadə üçün Azərbaycan tərəfi ciddi addımlar atmayıb, Ona görə də bu faciənin günahkarı Ayaz Mütəllibov və AXC-dir. Bu onu sübut edir ki, bizim siyasətçilər açıqlama verərkən bir qədər uzunmüddətli maraqları nəzərə almırlar. Ona görə bu açıqlamalar sonradan ermənilər tərəfindən bizə qarşı istifadə edilir. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, niyə məhz soyuq qış gecəsində, 20-25 dərəcə şaxta olduğu bir zamanda dəhliz yaradılmışdı? Niyə Xocalı sakinləri öz evlərindən çıxmalı idi? Məgər bu, etnik təmizləmə deyildimi? Biz öz fikirlərimizdə tədbir iştirakçılarında düzgün təsəvvür formalaşdırdıq. Ona görə də hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik»- deyə, vitse-spiker vurğulayıb.