YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan COVAX proqramı çərçivəsində Özbəkistana 50 min doza “AstraZanesa” vaksini göndərib

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə hökumət nümayəndə heyəti iyulun 16-da Daşkənddə keçiriləcək “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində nümayəndə heyəti ölkəmizdən Özbəkistana 50 min doza “AstraZanesa” vaksinini çatdırıb.

Vaksinlər hava limanında Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji və İctimai Sağlamlıq Mərkəzinə təhvil verilib. Vaksinin özbək tərəfinə təhvil verilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.