YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Dövlətimiz hərbçilərlə yanaşı, onların övladlarının da etibarlı sosial müdafiəsi üçün davamlı addımlar atır

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizin, müharivə veteranlarımızın, şəhid ailələlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması dövlətimizin xüsusi diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müharibə əlillərinin və veteranların sosial vəziyyəti və maddi şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl mühüm addımlar atılır. Ötən gün dövlət başçısı tərəfindən təsdiq edilən Əmək və Vergi Məcəllələrinə dəyişikliklərə əsasən, Vətən müharibəsi qəhrəmanlarının gəlir vergisindən azad olunması bu istiqamətdə yürüdülən siyasətin növbəti uğurlarından biridir. Cənab Prezidentin  “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarında dəyişiklik etməsi isə Vətən müharibəsi iştirakçılarının ailələrinə daha bir sosial qayğının təntənəsi hesab edilə bilər”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Aydın Hüseynov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklərə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq 100 manat sosial müavinət ödəniləcək. “Bu növ sosial müavinətlər 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış müddətli həqiqi hərbiçilərin uşaqlarına aylıq olaraq ödənilir. Bu addım mühüm bir sosial qayğının nümunəsidir və xarakter hərbi xidmətdə olan hərbçilərimizə dövlətin xüsusi diqqətinin təzahürdür. Bununla da, dövlətimiz öz əməli addımları ilə hərbçilərlə yanaşı, onların ailələrinin, övladlarının da etibarlı sosial müdafiəsi üçün lazım olan bütün tədbirləri görmək qətiyyətini təsdiqləyir. Bu qərar bir daha Azərbaycan hökumətinin ordumuza, hərbçilərimizə davamlı olaraq öz sosial qayğısını artırmaq niyyətini göstərir”.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə mühüm imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmalar tətbiq etməkdədir. “Son aylarda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazların əhatə dairəsi genişləndirilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin sosial müdafiəsi ilə bağlı bir sıra güzəştlər də nəzərdə tutulub. Şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə 80 manat məbləğində müavinət müəyyən edilib. Bütün şəhid ailəsi üzvləri mənzil və ya fərdi evlə, avtomobillə təmin edilməsi nəzərdə tutulub. Şəhid ailəsi üzvləri sanatoriya-kurort müalicəsi xərcləri dövlət tərəfindən ödənilir, şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar. Ailə üzvləri ilk növbədə, növbədənkənar işlə təmin olunur, yaxud özünüməşğulluğa cəlb edilir. Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub. Eləcə də, qazilərimiz üçün dövlətin kifayət qədər sosial dəstəyi vardır. Onlara Prezident təqaüdü və aylıq müavinətlər ödənilir, mənzil və avtomobil təminatı davamlı olaraq yerinə yetirlir. İşlə təmin edilməsi üçün xüsusi imtiyazları var, qazilərimizin övladları təhsil haqqını ödəməkdən azaddırlar. Qazilərimiz vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub. Bütün bunlar bir daha dövlətimizin sosial təntənəsini nümayiş etdirir”.