YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Korea Post”: Xocalı soyqırımı qurbanları yad edilir

Koreya Respublikasının “The Korea Times” qəzetində nəşr olunan “Xocalı soyqırımı qurbanları yad edilir” başlıqlı məqalədə XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı qətliamı barədə danışılır.
Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurovun müəllifi olduğu məqalədə Koreya ictimaiyyəti üçün az tanış olan Xocalı barədə məlumat verilir.

Məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının yerli azərbaycanlı əhalisinə qarşı etnik soyqırımı törədildiyi, 613 mülki şəxsin qətlə yetirildiyi, onlardan 106-nın qadın, 63-nün isə uşaq olduğu diqqətə çatdırılıb, Xocalı soyqırımının Ermənistanın Azərbaycana təcavüzü dövründə mülki şəxslərə qarşı törədilən ən qəddar cinayət olduğu faktlarla göstərilib.

Səfir sonda dünyada yaşayan bütün azərbaycanlıların hər il fevralın 26-da Xocalı soyqırımını, bu dəhşətli faciənin qurbanlarını yad etdiklərini vurğulayaraq, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş bu insanlıq cinayətinə səssiz qalmayacağına inamını ifadə edib.