YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu Meksiko ştatının qubernatorun Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb

ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Konsulluğa daxil olmuş məktubda qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla, 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.