YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN : Ermənistanın Azərbaycanın mövqelərini atəşə tutaraq bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb.

Məlumatı təqdim edirik: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 2021-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Son günlər Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycanın mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.

Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir”.

 

DİGƏR Xəbərlər Arxiv