YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılıb

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılıb.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli qırğınlardan biridir.

İki gündən sonra xalqımızın Xocalı faciəsinin ildönümünü qeyd edəcəyini vurğulayan spiker bildirib ki, Xocalı soyqırımı erməni millətçilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı cinayətdir.

O.Əsədov vurğulayıb ki, nə yolla olursa olsun, Azərbaycan işğal altında olan torpaqlarını qaytaracaq və Xocalı soyqırımını törədənlər öz cəzalarını alacaqlar.