Xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/d63879764d1931eba5ddc541a572ff5d.jpg&w=360)
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.