YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər

«Xocalı soyqırımında birbaşa iştirakını Ermənistanın indiki prezidenti Serj Sarkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız insanların tökülən qanlarında onun birbaşa əli var». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu baxımdan, Serj Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Onun sözlərinə görə, hətta imza verənlər arazında əcnəbilər, ermənilər də var.

«Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər. Amma bütün hallarda belə bir kamaniyaının böyük əhəmiyyəti var. Çünki insanlar Sarkisyanın kim olduğu daha yaxşı, aydın şəkildə biləcəklər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər»- deyə, E.Məmmədov qeyd edib.