YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanlı diplomat: Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır

Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır. Buranın iqlimi gözəldir, Şuşa qalası möhtəşəmdir. İnanıram ki, tezliklə bu binalar yenidən bərpa olunacaq, müxtəlif ölkələrdən turistlərin Şuşaya səfəri başlayacaq.

Bu fikirləri Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee iyulun 9-da diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri zamanı deyib.

Səfir qeyd edib ki, Şuşada olduğu üçün özünü çox şanslı hiss edir: “Azərbaycana gəldikdən sonra bu şəhərin sizin üçün çox qiymətli olduğunu gördüm. Bütün azərbaycanlı dostlarıma, Azərbaycan xalqına öz salamlarımı, təbriklərimi çatdırıram. Bu şəhərin təbiəti, gözəlliyi valehedicidir".