YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liviyalı diplomat: Biz yaxın gələcəkdə yenidən Şuşada olmaq və yenidənqurma işlərinin nəticələrini bir daha görmək istərdik

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Şuşa qələbəsi tarixə əbədi həkk olunub. Biz yaxın gələcəkdə Şuşaya qayıtmaq və yenidənqurma işlərinin nəticələrini bir daha görmək istərdik.

Bu fikirləri Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm iyulun 9-da diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri zamanı deyib.

Liviyalı diplomat bildirib ki, Şuşa nəinki Azərbaycanın, müsəlman dünyasının ürəyindədir: “Şuşa mədəniyyət abidələri ilə çox zəngindir və maraqlı şəhərdir. Burada olmaqdan qürur duyuram".

O, Şuşaya dəvət edildiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib.