YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Belarusun Müdafiə nazirlikləri arasında məxfi informasiyanın qarşılıqlı ötürülməsi ilə bağlı müqavilə təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” müqavilənin ratifikasiya edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi parlamentin iyulun 9-da keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarıldıqdan sonra bir dəfəyə qəbul edilib.