YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması mühüm tarixi-siyasi və sosial-iqtisadi hadisədir

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki Fərman həm Azərbaycanın ərazi bütövlüyünə dəlalət edirdi, həm ermənilərin "status" məsələsini birdəfəlik dəfn etdi, həm də 10 noyabr və 11 yanvar bəyanatlarının maddələrinin rasional şəkildə yerinə yetirildiyini ortaya qoydu. Eyni zamanda, bu Fərman radikal müxalifətin 44 günlük Vətən müharibəsindən sonra Xankəndi, Xocalı, Xocavənd yaşayış məntəqələri ilə bağlı spekulyasiyalarının üstündən qalın xətt çəkdi. Necə ki, 44 günlük Vətən müharibəsi radikal müxalifətin Qarabağ məsələsindən siyasi oyun üçün istifadə şanslarını bitirdi, eləcə də sözügedən Fərman "5-ci kolon"un daha bir manipulyasiya predmetini əlindən aldı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, anti-milli mövqedə duranlar bu Fərmanın sosial-iqtisadi, xüsusilə də siyasi əhəmiyyətinə kölgə salmağa çalışsalar da, ictimai rəğbət yenə də öz sözünü dedi: “Ötən gündən sosial şəbəkələrdə, mediada Prezident İlham Əliyevin Fərmanından irəli gələn bir coşqu yaşanmaqdadır. Çünki Azərbaycan xalqının qələbəsini oğurlamağa çalışan anti-Azərbaycan dairələri və ölkəmizdəki radikal müxalifətin iddiaları, ictimai rəyi çaşdırmaq yalanları bu dəfə də an ali səviyyədə ifşa olundu. Eyni zamanda, bu Fərman Azərbaycan xalqının qələbə ruhunu bir daha oxşadı. Tarixi ədalətin bərpası kimi də dəyərləndirilən bu sənəd Prezident İlham Əliyevin rasional və praqmatik siyasətinin nəticəsidir”.

Sədaqət Vəliyeva söyləyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması mühüm tarixi-siyasi və sosial-iqtisadi hadisəyə çevrildi: “Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Eyni zamanda, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir. Bu baxımdan, Prezident İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması, bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması mühüm tarixi-siyasi və sosial-iqtisadi hadisəyə çevrildi. Cənab Prezidentin bu Fərmanı həm də 10 noyabr və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur, eyni zamanda, həmin bəyanatların maddələrinin maneəsiz və rasional şəkildə reallaşdırılması deməkdir”.

DİGƏR Xəbərlər Arxiv