YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə keçiriləcək beynəlxalq konfransda Azərbaycan da iştirak edəcək

İyulun 15-16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Daşkənddə “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransda Özbəkistan, Əfqanıstan və Pakistan prezidentləri, Mərkəzi və Cənubi Asiyanın, digər dövlətlərin xarici işlər nazirləri, nüfuzlu beynəlxalq və regional təşkilatların, maliyyə institutlarının, dünyanın aparıcı elmi-tədqiqat və analitik mərkəzlərinin rəhbərləri iştirak edəcək. Tədbirə Azərbaycan nümayəndə heyətinin də qatılacağı nəzərdə tutulur.

Konfransda Əfqanıstan böhranının tənzimlənməsi yolları, Mərkəzi və Cənubi Asiyada ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Tədbirdə bu regionların dövlətləri arasında ticarət, investisiya, nəqliyyat, energetika, innovasiya, turizm, təhsil, səhiyyə, elm, sabitliyin təmin edilməsi istiqamətində də fikir mübadiləsi aparılacaq.

Bu nüfuzlu konfransın keçirilməsində məqsəd Mərkəzi və Cənubi Asiya ölkələri və xalqlarının maraqları naminə bu regionlar arasında tarixi dostluq, etimad və mehriban qonşuluq əlaqələrini möhkəmləndirməkdən ibarətdir.