YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Ermənistanın Azərbaycanla üz-üzə gələcək hərbi qüdrəti yoxdur – Aydın Mirzəzadə

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin Ağdamın Əliağalı kəndi istiqamətində yerləşən bölmələrimizi atəşə tutması siyasi təxribatdır”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O deyib ki, Azərbaycan üçün Dağlıq Qarabağ problemi artıq yoxdur: “Azərbaycan üçün müharibə mövzusu bitib. Mövcud məsələlərin diplomatik yolla, iki dövlət arasında mehriban qonşuluq prinsipi ilə həll edilməsi gündəmdədir. Belə olan halda, Ermənistandakı müəyyən qüvvələr Azərbaycanı yenidən hərbi əməliyyatlara cəlb etmək istəyirlər. Aydın məsələdir ki, bu gün Ermənistanın Azərbaycanla üz-üzə gələcək hərbi qüdrəti yoxdur. Ancaq təxribat etmək imkanı var. Ermənistanda keçirilən növbədənkənar parlament seçkisində 30 faizdən çox seçici Köçəryanın və Sarkisyanın bloklarına səs verdi. Bu, onu göstərir ki, Ermənistanda revanşist qüvvələr var və məqsədləri Azərbaycanı cavab atəşi açmağa məcbur etmək, sonra isə rəsmi Bakını sülh danışıqlarını pozmaqda ittiham etməkdir”.