YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Dəmir Yumruq" yenə öz sözünü dedi - minalanmlş ərazilərin xəritələri artıq əlimizdə!

Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Düşmən üzərində 44 günlük İkinci Vətən Müharibəsi ilə tarixi Qələbə və Zəfər qazanan Qalib Azərbaycan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, xarici siyasət kursu, Azərbaycan diplomatiyası siyasi-diplomatik müstəvidə, siyasi və diplomatik cəbhədə də növbəti uğurlarını, nailiyyətlərini qazanmaqdadır.
Növbəti və ard-ardına əldə edilən siyasi-diplomatik uğurlar, nailiyyətlərlə hərb meydanında, səngərdə qazanılan tarixi Qələbə və Zəfəri, sülh və təhlükəsizliyi daha da möhkəmləndirməkdədir, qüvvətləndirməkdədir.
Belə ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı qarşı-düşmən tərəfin mina xəritələrini Azərbaycana təhvil verməsi məsələsi də öz əksini tapmışdı.
Amma heç zaman sözününün üstunda durmayan, riyalarla, hiyləgərliklərlə, müxtəlif bəhanələrlə, yalan və iftiralarla aradan çıxmağa çalışan, yenə də “bulanıq suda balıq tutmaq” sevdası ilə yaşayan məğlub Ermənistan və onun başsız başbilənləri əldə edilmiş anlaşmanı pozur, mina xəritələrinin Azərbaycan verilməsi məsələsini ləngidir, əsassız gərginliklər yaradır, bir daha özünün əsl rəzil və murdar mahiyyətini ortaya qoyurdu.
Dəfələrlə deyilməsinə, sərt xəbərdarlıqlar edilməsinə baxmayaraq, hər vəchlə və yenə də bu məsələdən yayınmağa, vəziyyəti gərginləşdirməyə, işğaldan azad olunmuş ərazilərdə mina partlayışları ilə insanların ölümünə, növbəti faciələrin yaşanmasına və nəticədə insanlar arasında ümidsizlik yaradılmasına çalışılırdı.
Amma Azərbaycan Prezidentinin qətiyyəti, dəmir iradəsi, sərt və birmənalı mövqeyi yenə öz sözünü dedi, düşmən ölkə Qalib Azərbaycanın və onun Liderinin qarşısında yenə duruş, tab gətirə bilmədi, yenə Azərbaycan qarşısında diz çökməyə, onunla hesablaşılmağa məcbur edildi.
Bir müddət öncə Ağdamın mina xəritələrini təhvil verməyə məcbur edilən Ermənistan cəmi iki-üç gün öncə Füzuli və Zəngilanın da minalanmış ərazilərinin xəritələrini Azərbaycana təhvil verməli oldu.
Çünki başqa yolu da yoxuydu, qalmırdı, başqa yol yenə də “Dəmir Yumruğ”un sentyabrın-noyabr aylarında olduğu kimi, başlarına zərblə endirilməsi ola bilərdi.
Bəli, Müzəffər, Qalib Azərbaycanın Xilaskar, Sərkərdə oğlunun, Ali Baş Komandanın dediyi kimi, “Dəmir Yumruq” yerindədir və hər an düşmənin başına endirilə bilər.
Bəli, “Dəmir Yumruq”la son dərəcədə ağıllı, uzaqgörən, müdrik xarici siyasət kursu, güclü diplomatiya vəhdət, tandem halında öz sözünü deməkdədir, deyir və hələ bundan sonra da deyəcək.
İstər düşmən, istərsə onun qanlı, məkrli havadarları, əslində başbəlaları olan qüvvələr qəti şəkildə 44 günlük müharibəni, dünya hərb tarixinə, hərb səlnaməsinə qızıl hərflərlə yazılan Azərbaycanın hərb, döyüş modelini, “Dəmir Yumruğ”u yaddan çıxarmamalı, əksinə, bunları qulaqlarından birdəfəlik sırğa etməlidirlər.
Çünki qarşılarında güclü, qüvvətli, qüdrətli, Qalib, Müzəffər Azərbaycan və onun Müzəffər Ali Baş Komandanı, Lideri, Rəşadətli Ordusu var.
İstənilən növbəti və yanlış addımla bir daha güclü və Qalib Azərbaycanı qarşılarında görə bilərlər və görəcəklər.
Bunun isə nə ilə, necə sonuclanacağını proqnoz etməyə də elə bilirəm ki, heç bir ehtiyac qalmır. Arifə bir işarə də bəs edər, amma Arif olana! 

Ona görə yaxşı olardı ki, vaxt keçmədən Ermənistan digər ərazilərin də mina xəritələrini qaytarsınlar, Azərbaycana təhvil versinlər və bir daha Azərbaycanın səbrini yoxlamağa cəhd etməsinlər.
Bəli, ərazilərimiz, illərlə və iliyinəcən sömürülmüş, yağmalanmış yurd yerlərimiz minalardan xilas edildikcə, təmizləndikcə həmin dilbər guşələrimizdə bərpa-quruculuq işləri daha da güclənəcək, insanlarımızın öz yurd-yuvalarına dönüşü daha da asanlaşacaq, tezləşəcək və sürətlənəcək.
Bəli, artıq Qarabağımızın bərpası, dirçəldilməsi, cənnət-məkana çevrilməsi günü-gündən vüsətlənməkdə, geridönməz xarakter almaqdadır.
Bəli, hər gün Qarabağımızda, işğaldan azad olunmuş yurd yerlərimizdə kərpic üstünə qoyulan kərpic bütövlükdə Azərbaycanımızın qüdrətlənməsi, güclənməsi, möhkəmlənməsi, inkişafı və ən əsası gələcəyə, sabaha daha böyük ümidi, inamı deməkdir.
Bəli, Qalib Azərbaycan Qalib Lideri ilə hər gün Tarix, Dastan yazır və yaradır.
Hər gün yazılan, hər gün kərpic-kərpic yazdığın Tarixin, Dastanın, növbəti Zəfərlərin və Qələbələrin mübarək olsun,  can Azərbaycan!
Qarabağ candır, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!