YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb

İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, qazanılan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Verilən bütün tapşırıqları peşəkarlıqla yerinə yetirən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “MiQ-29” və iki “Su-25” təyyarəsi iştirak edib.