YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ruslan Kazakbaev: Azərbaycan Qırğızıstan üçün çox vacib tərəfdaşdır

Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla çox faydalı danışıqlar apardıq. Bu danışıqlar bir çox sahələri əhatə etdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev deyib.

O bildirib: “Bişkek ilə Bakı arasında birbaşa hava reyslərinin bərpa olunması məsələsinə toxunduq. Nəqliyyat dəhlizlərinin açılması barədə fikir mübadiləsi də apardıq. Hazırda ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi prioritet məsələdir”.

Nazir qeyd edib ki, Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.