YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək

Üçtərəfli İşçi qrupu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanata əsasən yaradılıb və kifayət qədər səmərəli fəaliyyət göstərir.

Bu sözləri Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini deyib: “Ermənistanda seçki keçirilib, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.