YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir

Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir.

Azərbaycanı konfransda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.

RF Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuş forumda 600-dən artıq qonaq iştirak edir. İştirakçılar iki gün ərzində Avropa, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasında qlobal və regional sabitlik problemlərini, təhlükəsizliyin müxtəlif aspektlərini, yeni koronavirus infeksiyası ilə mübarizədə hərbçilərin rolunu müzakirə edəcəklər.

Konfransın açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və BMT-nin Baş katibi Antonio Quterreş forum iştirakçılarını və qonaqları salamlayıb.

Konfrans çərçivəsində yeddi plenar iclas təşkil olunacaq.

Xatırladaq ki, Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı 2012-ci ildən başlayaraq hər il keçirilir.

 

DİGƏR Xəbərlər Arxiv