YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür

“Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür”. Bu barədə YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev “Yeni TV”nin canlı yayımında bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycanda idman sahəsinin inkişafı üçün bütün maddi-texniki baza və infrastruktur formalaşdırılıb: “Azərbaycanda inşa olunan müxtəlif idman kompleksləri beynəlxalq idman yarışları zamanı istənilən idman növü üzrə yarışların keçirilməsinə geniş imkan yaradır. Son illər Azərbaycan bır sıra mötəbər idman yarışlarının - 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, Formula 1 -in keçirildiyi məkana çevrilib. Postpandemiya dövründə ölkəmizin turizm sektorunun canlanması və 44 günlük Vətən Müharibəsində işğaldan azad olunmuş torpaqlarımızın “turizm cənnəti”nə çevirilməsi istiqamətində “Avro-2020”in Bakıda keçirilən oyunları xüsusi rol oyanayacaq. Geniş azarkeş kütləsinə malik bu böyük idman tədbiri ölkəmizi daha da geniş arealda tanıtmaqla bərabər, gələn turistlərin sayına da ciddi təsir edəcək. Azərbaycanın müharibədən qısa müddət sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir”.