YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil İskəndərov: Şuşa Bəyannaməsi yeni geosiyasi reallığın bəyannaməsidir

“Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yüksək səviyyəyə qaldırılacağının ehtiva olunması o deməkdir ki, əgər Azərbaycana qarşı hər hansı hərbi təhdid meydana gələrsə, iki tərəf arasında dərin məsləhətləşmələr əsasında Türkiyənin birbaşa hərbi iştirakı istisna olunmur”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Sahil İskəndərov deyib.

S.İskəndərov vurğulayıb ki, Şuşa Bəyannaməsi Cənubi Qafqazda Azərbaycan ordusunun Türkiyə və Rusiyanın fəal moderatorluğu sayəsində yaradılmış yeni geosiyasi reallığın bəyannaməsidir: “Hər bir dövlətin öz maraqları var. Azərbaycan-Türkiyə müttəfiqliyinin unikallığı ondadır ki, bu iki dövlətin maraqları birləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin meydana çıxmasına səbəb də məhz bu unikallıqdır”.