YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatı 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans formatında tədbir keçirdi

YAP Sabunçu rayon təşkilatı 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans formatında tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva qeyd etdi ki, 15 iyun Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş tarixidir.

Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Artıq bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Qurtuluşumuz və Qələbəmiz mübarək!

Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilat sədrləri Gültəkin Rüstəmova, Vəfa Əliyeva, İsmayıl Əliyev, Nəcibə Hüseynova,Təhmasib Məmiyev və YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, fəal gənc Nəbi Hacıyev qeyd etdilər ki, 15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Təbii ki, bu gün qazanılan uğurların əsasında Ümummilli Liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunu uğurla davam etdirir.