YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Qan Bankı qan donorluğunda fəal iştirak edən vətəndaşlara və qurumlara təşəkkür edib

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə qan donorluğunda fəal iştirak edən vətəndaşlara və qurumlara təşəkkür edib.

Bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas edir.

Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.

Koronavirus pandemiyasi səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatda qalması üçün risk yaranmışdı. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda yaranan bu kimi problemlərə şəfqət, mərhəmət və humanizm kimi keyfiyyətləri öz həyat tərzinə çevirən dövlətimiz və xalqımız biganə qalmadı və qalmır.

Xalqımız ötən il Vətən müharibəsi zamanı hər bir sahədə olduğu kimi, qan donorluğunda da birlik və bərabərlik nümayiş etdirərək qana ehtiyacı olan vətəndaşlarımızı ehityac içində buraxmadı.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası da qan donorluğunda fəal iştiraka görə Təşəkkürnamə ilə təltif olunanlar sırasındadır.