YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqor Korotçenko: Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin həlak olması ilə əlaqədar rəsmi bəyanatla çıxış etməlidir

İçərisində azərbaycanlı jurnalistlərin olduğu maşın Kəlbəcər rayonunda ermənilər tərəfindən qoyulmuş minaya düşüb. Həlak olanlar və yaralananlar var.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bu barədə öz facebook səhifəsində yazıb.

Rusiyalı ekspert vurğulayır: “Öz xidməti borclarını yerinə yetirən həmkarlarımız həlak olub. Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin hər yerində mina təhlükəsi var. Biz, bu yaxınlarda Ağdam və Füzuli rayonlarında səfərdə olmuş rusiyalı jurnalistlər və ekspertlər də risk edirdik, lakin baş verən hadisələr barədə obyektiv məlumat vermək üçün öz peşə borcumuzu yerinə yetirirdik. Ermənilər tərəfindən qoyulmuş minalara biz də düşə bilərdik”.

İ.Korotçenko qeyd edir ki, Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin həlak olması ilə əlaqədar rəsmi bəyanatla çıxış etməli, başsağlığı verməli və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən minalanmış sahələrin xəritələrinin dərhal Azərbaycana verilməsini, habelə erməni təxribatçıların göndərilməsinə son qoyulmasını rəsmi Yerevandan tələb etməlidir.

Hərbi ekspert vurğulayıb: “Biz beynəlxalq jurnalist ittifaqlarının bu faciəyə münasibət bildirmələrini gözləyirik. Ümumi tələbimiz belədir: Ermənistanı mina sahələrinin xəritələrini verməyə məcbur etmək məqsədilə ona siyasi təzyiq göstərilsin”.