YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ankarada TBMM-in vitse-spikeri ilə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti iyunun 3-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç ilə görüşüb.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib, iyunun 2-də bu iki partiya arasında imzalanan əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq parlamentlər səviyyəsində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.