YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elvin Hüseynov: “YAŞAT” Fonduna daxil olan 37 milyondan artıq vəsaitin 23 milyonu təyinatı üzrə xərclənib

“Biz “YAŞAT” Fondu yaranandan ötən 2 həftə ərzində, sonradan şəhid xəbəri gələnlər xaric bütün şəhid ailələrində olmuşuq. Mövcud vəziyyəti əməkdaşlarımız öz gözləri ilə gördülər və şəhid ailə üzvlərinin dilindən eşitdilər. Beləliklə şəhid ailələri ilə bağlı bütün məlumatlara sahib olduq. Eyni zamanda 300-dən artıq yataq xəstəsi olan qazimizi evlərində ziyarət etdik. Digərləri ilə tibb müəssisələrində görüşdük. Ümumilikdə şəhid ailə üzvləri və qazilərimiz daxil olmaqla 14 mindən artıq şəxslə birbaşa görüş keçirdik”.  

Bu fikirləri “YAŞAT” Fondunun rəhbəri, qazi Elvin Hüseynov “Yeni TV”nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, indiyə qədər “YAŞAT” Fonduna 37 milyondan artıq vəsait daxil olub: “Bu vəsaitin 23 milyondan artığı təyinatı üzrə xərclənib. Təyinata gəlincə, burada 4 istiqamət – məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditlərinin ödənilməsi, tibb xərclərinin qarşılanması və təhsil müəyyən olunub”.

DİGƏR Xəbərlər Arxiv