YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri  

Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir.

2020-ci ildə işğal olunmuş Qarabağ torpaqlarının əks hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi əməliyyatları zamanı Türkiyə dövlətinin və onun prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Qardaş dövlətin diplomatlarının bu istiqamətdə bizə verdiyi dəstək uzun illər sonra da mütəxəssislər tərəfindən öyrənilməlidir. 

Hər iki ölkənin hakim partiyaları - Ədalət və İnkişaf və Yeni Azərbaycan Partiyalarının uzun illər baş tutan əməkdaşlığı da yeni mərhələyə qədəm qoyur. Belə ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun iyun ayının 2-də əməkdaşlığa dair imzaladıqları niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da sıxlaşmasına təkan verəcəyinə böyük inam yaradır.

44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Hər iki siyasi partiya üzv olduqları müxtəlif siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclər platformalarında birgə fəaliyyətdə uğurlu yol qət edə bilər. Bu işdə hər bir partiya funksioneri əlindən gələni etməyə borcludur. Partiyamız tərəfindən qarşıya qoyulan tapşırıqların icra edilməsində hər birimiz fəal olmalı, bu vəzifələrin həyata keçirilməsinə öz töhfələrimizi verməliyik.